Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub.
Shimal.News məlumat verir ki, hadisə Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində baş verib.
Aprelin 6-sı axşam saatlarından aprelin 7-si gecə saat 04:30-dək hərbi bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.