Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Zaqatala və Şəki rayonlarında fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində bir sıra nöqsanlar aşkar edib.
Shimal.News məlumat verir ki, aşkarlanan uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan Şəki şəhərində 3 və Zaqatala şəhərində 3 məntəqə barəsində protokol tərtib edilib.