top
Ailə dramı həbslə nəticələnib - TƏFƏRRÜAT
21 may 2025, 15:32
- ↺ +

Ailə dramı həbslə nəticələnib - TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qəbələli Tahir ailə münaqişəsi zəminində həyat yoldaşı Sonaya işgəncə verib.

Shimal.News baş verənlərin təfərrüatlarını öyrənib.

Hadisə Bakının Suraxanı rayonunda ailənin yaşadığı evdə baş verib. Tahir Sona ilə mübahisə edib, əsassız bəhanələrlə onu əxlaqsız adlandırıb. Sonra müxtəlif dərəcəli xəsarətlər yetirməklə qadına əzab verib. Növbəti gündə də hərəkətlərinə davam edib. O, müxtəlif zamanlarda arvadını başqa kişilərlə intim münasibətdə olduğunu və guya otelə getdiyini deyərək döyüb.

İstintaq orqanı tərəfindən Tahir tutularaq məsuliyyətə cəlb olunub. Tahir ittiham hadisədə özünü təqsirli bilməyib:

“Onun telefonuna baxanda “İnstagram”dan Ruslan adlı şəxsin mesaj yazdığını gördüm. Bu barədə soruşanda Sona kişini tanımadığını dedi. Bu sözlərə inanmadım, öz “İnstagram” hesabımdan yazaraq mobil nömrəmi ona verdim. Hadisədən təxminən 10 gün sonra həmin adam mənimlə əlaqə saxladı, Sona ilə danışdığını, yazışmaların olduğunu bildirdi. Hətta yazışmaların fotoşəkilini də göndərdi. Mən də çox əsəbləşdim. Özümü saxlaya bilməyib döyməyə başladım”, – deyə təqsirləndirilən bildirib.

Bir neçə gün sonra Sona həkimə gedib-gəldikdən sonra qayınanası onu (vedrə və laminatla) döyüb. Tahirin ifadəsinə görə, Sonaya uşaqlardan imtina etməsi, özünün əxlaqsız olması barədə ərizə yazdırıb.

Sonanın məhkəmədəki ifadəsinə görə, əri onun çılpaq vəziyyətdə şəkil çəkib ona göndərməyini istəyib. O, buna imtina edib və aralarında mübahisə zəminində dava düşüb. Daha sonra cinsi münasibətdə olan zaman Tahir bunu videoya çəkib.

Zərərçəkmiş qeyd edib ki, əri onu əxlaqsız adlandırıb, kişilərlə hotelə getməyə məcbur edib. Ardınca məcburi qaydada “mən əxlaqsızam, pul müqabilində görüşürəm” kimi sözlər dedizdirərək səsini yazıb.

Suraxanı Rayon Məhkəməsində keçirilən iclasdan Tahir 2 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Hadisə
Bu gün, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Bu gün, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Bu gün, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Bu gün, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Bu gün, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Bu gün, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Bu gün, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Bu gün, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Bu gün, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Bu gün, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Bu gün, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Bu gün, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Bu gün, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər