Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə abituriyentlərlə görüş baş tutub. Bu haqda ShimalNews 4 may tarixində məlumat verir.
Tədbir zamanı ölkəmizdə dövlət-din münasibətlərindən bəhs edilib. Ölkə rəhbərliyi tərəfindən din xadimlərinə göstərilən xüsusi qayğı diqqətə çatdırılıb. Eləcə də İlahiyyat İnstitutunun timsalında yüksək səviyyəli ali dini təhsil ocağının fəaliyyət göstərdiyi vurğulanıb. Artıq Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə təhsil almaq üçün xaricə getməyə ehtiyac olmadığı qeyd olunub. Ali təhsil müəssisəsində tələbələrə bütün dərsliklərin pulsuz paylanıldığı, təhsilalanlara yemək pulu və adlı təqaüdlərin verildiyi diqqətə çatdırıb.
Görüş müzakirələrlə davam edib.