top
AFFA sözünü tutmur? - “Qəbələ”yə ayrılan 700 min manat ödənmir
24 dekabr 2024, 11:14
- ↺ +

AFFA sözünü tutmur? - “Qəbələ”yə ayrılan 700 min manat ödənmir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Qəbələ” klubunun ötən mövsümün yekununa əsasən, Misli Premyer Liqasını tərk etməsi bu klubun maliyyə dayaqlarına da təsirini göstərdi. “Qəbələ” 1-ci liqaya düşməklə SOCAR-ın kluba ayırdığı 3 milyon manatdan da məhrum oldu.

Lakin çox keçmədən AFFA tərəfindən bölgə təmsilçisinə xoş xəbər verildi. Daha doğrusu, klubun çətinliyini müvəqqəti aradan qaldıracaq qərar. AFFA İcraiyyə Komitəsinin bu ilin 3 iyununda keçirilən iclasında elan olundu ki, federasiya “Qəbələ” İdman Klubuna dəstək olacaq.

Həmin gün yayılan rəsmi məlumatda bildirilib: “İclasda əvvəlcə AFFA-nın 2024-cü il üçün büdcəsi müzakirə edilib. “Qəbələ” İdman Klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 000 (yeddi yüz min) manat maliyyə vəsaitinin ayrılması qərara alınıb.

Bu xüsusda “Qəbələ” İK-ya dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub”.

Amma həmin qərarın verilməsindən 6 aydan çox keçməsinə baxmayaraq, rəsmi olaraq, ayrılmalı olan pul “Qəbələ” klubuna ödənilməyib. Qəribədir, AFFA milli komandaya Portuqaliyadan mütəxəssislər gətirir, onlarla milyonlarla pul ödəyir, amma nəyə görəsə Azərbaycanda 1 nömrəli infrastuktura malik və ölkədə uşaq futbolunun inkişafı üçün böyük işlər görmüş, hazırda ciddi maddi problemləri olan klubun pulunu ləngidir, ya da vermək istəmir. Fernandu Santuşun pulu ləngidilsə idi, bu dəqiqə AFFA-dan FİFA-ya şikayət şikayətin dalınca idi. Elə isə azərbaycanlı balalarının - uşaq futbolunun saxlanmasına yönələcək olan, amma aylardır yolunu gözləyən bu 700 min manat hansı müəmmalı səbəblərdən ləngiyir?

QOL.аz saytı bu suala AFFA-nın özündən cavab tapmağa çalışıb. Qurum verdiyi cavabla pulun ödənilmədiyini etiraf edib, amma səbəbləri və mailyyənin nə vaxt köçürüləcəyi barədə qəti cavab verməyib.

Cavabda AFFA-nın mətbuat xidməti bildirib:

“AFFA İcraiyyə Komitəsinin "Qəbələ" İdman Klubuna Akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 min manat maliyyə vəsaitinin ayrılması barədə qərarı var. “Qəbələ” İdman Klubuna 2024-2025-ci illər mövsümü ərzində həmin məbləğin ödənilməsi nəzərdə tutulub. Bundan başqa, “Qəbələ” İdman klubuna dəstək məqsədilə il ərzində müxtəlif yaş qrupları üzrə Azərbycan milli komandalarının Qəbələdə təlim-məşq toplanışları və yoxlama oyunları da keçirilib”.

Bəli, göründüyü kimi, cavabda pul nə vaxt köçəcək, niyə ləngiyir kimi, suallara cavab yoxdur. Amma ümid edək ki, gec də olsa, federasiyanın yeni rəhbərliyi özündə kiçik bir mənəvi təpər - azərbaycanlıllq taparaq tezliklə bu kluba və azərbaycanlı uşaqlara vəd etdiyi sözün, verdiyi qərarın arxasında duracaq.

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Cəmiyyət
Dünən, 09:37

Ağsuda Aqrar Biznes Festivalı başlayır

Cəmiyyət
Dünən, 09:20

Sonuncu İlisu sultanı Daniyal: General rütbəsindən azadlıq mübarizəsinə uzanan yol

Cəmiyyət
Dünən, 08:42

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Cəmiyyət
Dünən, 00:01

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

İdman
11 noyabr 2026, 17:26

Qusarlı kikboksçular Şuşa Kubokunda medal qazanıblar

İqtisadiyyat
11 noyabr 2026, 17:10

Fermerlərə 1,9 milyon manat aqrar sığorta ödənişi edilib

Cəmiyyət
11 noyabr 2026, 16:59

Qəbələ RMX-yə yeni direktor təyin olunub

Cəmiyyət
11 noyabr 2026, 16:59

Bakıxanovun ev-muzeyi unudulub? Tarixi məkanın acınacaqlı vəziyyəti

Cəmiyyət
11 noyabr 2026, 16:51

Zaqatalalı şəhid qəhrəmanın atasının pensiyası kəsildi - Ailə kömək istəyir

Faydalı
11 noyabr 2026, 16:24

Ədliyyə Nazirliyi Şəkidə mütəxəssis axtarır

İdman
11 noyabr 2026, 15:42

II Liqada XI turun oyun cədvəli açıqlanıb – "Şəki" səfərdə oynayacaq

Cəmiyyət
11 noyabr 2026, 15:15

200 ilin su dəyirmanı fəaliyyətini davam etdirir - FOTO

Cəmiyyət
11 noyabr 2026, 14:40

Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar gözlənilir

Oxşar xəbərlər