Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Humanitar elmlər fakültəsinin “ Xarici dil müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Zemfira Davrişova Şəhla Qarayeva Təqaüd Proqramını (ŞQTP) qazanıb.
Shimal.News xəbər verir ki, ADPU-nun Təqaüd proqramının müsahibə mərhələsi iki dildə (Azərbaycan dili, ingilis dili) olub.
Qeyd edək ki, Şəhla Qarayeva Təqaüd Proqramı (ŞQTP) Azərbaycandan olan aztəminatlı (məhdud imkanlı) və təhsilə çıxışı məhdud olan qadınların təhsil imkanlarının genişləndirilməsi üçün yaradılıb. ŞQTP həyatını təhsilə həsr etmiş, məşhur pedaqoq və tələbələrin dostu olan Şəhla Qarayevanın (1962-2018) adını daşıyır.
