Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında bakalavr qəbulu elan olunub. Bu barədə ShimalNews 26 iyul tarixində filiala istinadən məlumat verir.
Filial bu tədris ilində 320 tələbənin qəbuluna hazırlaşır:
I qrup üzrə:
Riyaziyyat və informatika müəllimliyi - 50 yer;
II qrup üzrə:
Coğrafiya müəllimliyi - 25 yer;
III qrup üzrə:
Azərbaycan dili ədəbiyyatı müəllimliyi - 50 yer,
İbtidai sinif müəllimliyi - 50 yer,
Təhsildə sosial-psixoloji xidmət - 30 yer,
Xarici dil müəllimliyi (ingilis dili üzrə) - 25 yer,
Sosial iş - 30 yer,
Məktəbəqədər təhsil - 30 yer,
Tarix müəllimliyi - 30 yer.
Bütün ixtisaslar üzrə ödənişli təhsil haqqı 1800 manatdır.
Daha ətraflı məlumat üçün telefon: (+023) 33 5 20 92.
Ünvan: Quba şəhəri, Lütfi Zadə küçəsi, 4.