ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Quba rayonuna səfər edib. Bu barədə ShimalNews 30 aprel tarixində məlumat verir.
Səfirliyin “X” sosial şəbəkəsində məlumat paylaşılıb. Səfir və xanımı Danusya Libbi Qırmızı Qəsəbədə olublar.
Qonaqlar yəhudilərin Pesax bayramını qeyd etmək üçün dağ yəhudiləri icmasının nümayəndələri ilə görüşüblər. Eləcə də sinaqoqlara, muzeylərə və Tağlı Körpüyə baş çəkiblər.