Bu gün dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Qadınlar Günü qeyd edilir. Bu xüsusi gün qadınların cəmiyyətin hər sahəsində göstərdiyi əvəzsiz töhfələri vurğulamaq, onların hüquq və azadlıqlarını təbliğ etmək məqsədi daşıyır.
Azərbaycanda qadınlar elm, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə mühüm uğurlara imza atıb və atırlar. Onların fədakarlığı və zəhməti daim yüksək qiymətləndirilir.
Shimal.News kollektivi olaraq bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, onlara sağlamlıq, sevgi və uğurlar arzulayırıq!