İsmayıllı sakini kəsilmiş-deşilmiş xəsarətlər nəticəsində vəfat edib. Bu barədə ShimalNews 2 oktyabr tarixində DİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir.
Hadisə sentyabrın 30-u saat 18:00 radələrində baş verib. 65 yaşlı Füzuli Ağamalıyev xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 44 yaşlı Elçin Mirzəzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.