top
62 yaşında diplom aldı
24 noyabr 2025, 10:50
- +

62 yaşında diplom aldı

Sosial mediada Şəkidən olan 62 yaşlı Rəhman Cəlilovun məzun olması gündəmdədir.

AzEdu.az Mingəçevir Dövlət Universitetinin həmin məzunundan tələbəlik illəri ilə bağlı təəssüratlarını öyrənib.

– Rəhman bəy, oxucularımızın sizi daha yaxından tanıması üçün özünüz haqqında məlumat verin.

-Mən 1963-ci ildə Şəki rayonunun Baltalı kəndində anadan olmuşam. Şəki şəhər 14 nömrəli tam orta məktəbdə 8-ci sinifə qədər təhsil almışam. Ardınca isə 3 il texniki peşə məktəbində təhsil alaraq qırmızı diplomla məzun olmuşam. Daha sonra Şəki Kənd Təsərrüfatı Texnikumunun texnik-mexanik ixtisasına qəbul oldum. Bir il oxuduqdan sonra hərbi xidmətə yollandım. Təxris olunduqdan sonra təhsilimi davam etdirərək 1986-cı ilin may ayında texnikumu bitirdim.

1994-cü ilin avqustundan Şəki Regional Hidrometeoroloji Müəssisəsində müxtəlif vəzifələrdə, stansiya rəisindən direktorluğa qədər çalışmışam.

2018-ci ildə dostlarımın təkidi ilə imtahan verərək 215 balla Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinə qəbul oldum. İmtahana xüsusi hazırlaşmadan bu nəticəni əldə etmişdim. Sadəcə coğrafiyaya bir qədər nəzər salmışdım. Nəticədə coğrafiyadan 25 sualdan 23-nü, xarici dildən isə 16 sualı düzgün cavablandırmışdım. Təhsilimin sonuncu ilində üzrlü səbəblərdən universiteti dondurdum, lakin 2025-ci ildə ali təhsili başa vuraraq diplomumu aldım.

Hidrometeorologiyanın müxtəlif  sahələrində 31 il çalışmışam. 2025-ci ilin yanvar ayının sonunda isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsi və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 12 saylı Şəki–Zaqatala Regional bölməsində fəaliyyət göstərməyə başlamışam.

-62 yaşında ali təhsili başa vurmaq necə bir hissdir?

-62 yaşında ali təhsili tamamlamaq mənim üçün çox böyük bir hissdir. Uşaqlarıma da ali təhsil vermişəm. İki qızım müəllimdir, oğlum isə kollec məzunudur.

Coğrafiya, riyaziyyat, fizika fənlərini bizim işimizlə əlaqədar olan dərsləri iş yerimdə də keçirdiyim üçün dostlarım hər zaman mənə inanırdı. Onlar deyirdilər: “Sən insanlara dərs, praktiki məşğələlər keçirsən, əlbəttə ki, bacararsan”. Mən də düşündüm ki, özümü sınayım.

Məni həm motivasiya edən, həm də qarşıma maneə kimi çıxan məqamlar oldu. İş həyatımda dəfələrlə belə sözlərlə qarşılaşırdım: “Siz kollec məzunusunuz…” Məhz bu səbəbdən qərara aldım ki, ali təhsil almalıyamsa, bunu etməliyəm. Oxumaq prosesi gözəl idi, amma dünən diplomumu əlimə aldığım an hiss etdiyim sevincin həddi-hüdudu yox idi. O an bütün zəhmətlərimin və keçdiyim əngəllərin dəyərli olduğunu daha dərindən anladım.

– Uzun illərdən sonra yenidən tələbə olmaq sizin üçün çətin idimi?

-Bəlkə də universitetdə tələbələrə qarşı o diqqət və qayğı olmasaydı, təhsilimi yarıda qoya bilərdim. Ancaq universitetin ab-havası, keçirilən dərslər və tələbələrə göstərilən qayğı mənə stimul və ilham verdi. Bu səbəbdən yenidən tələbə olmaq mənim üçün çətin olmadı.

– Sessiyalar və imtahanlar necə keçirdi?

-İmtahanlar tam şəffaf təşkil olunurdu. Suallar bilet formasında idi. Müəllimlər də qaranlıq qalan məqamları izah edirdilər. İmtahanlarla bağlı heç bir çətinliyim olmadı.

– Gənc tələbələrlə ünsiyyətiniz necə idi?

-Dərsin ilk günü sinifə daxil olanda tələbələr elə düşündülər ki, müəllim mənəm (gülür). İçəri keçib oğlan tələbələrlə görüşdüm, qızlara salam verib qabaq partada əyləşdim. Tələbələr yaxınlaşıb soruşdular: “Dayı, siz müəllim deyilsiniz?” Dedim ki, mən də sizin kimi tələbəyəm. Həmin anda bütün tələbələr gülməyə başladı. Onlar üçün bu yaşda həvəsli bir tələbə yoldaşı ilə qarşılaşmaq bir az qeyri-adi idi. Fikrimcə, bu, onlara da ayrıca stimul verdi.

Əvvəlki iş yerimdə bir əməkdaşım var idi. Savadlı biri olduğunu görürdüm. Ona da ali məktəbə hazırlaşmasını tövsiyə etdim. O da bu il MDU-ya qəbul oldu və mənə təşəkkür edir ki, “Sizin sayənizdə qəbul oldum”.

– İmtahanlara hazırlaşanda özünüzü daha çox tələbə kimi hiss edirdiniz, yoxsa həyat təcrübəsi olan bir mentor kimi?

-Orada parta arxasında idim, buna görə də özümü tələbə kimi hiss edir və elə də davranırdım.

Amma müəllimlərin əksəriyyəti mənə “müəllim”, “dayı” deyə müraciət edirdilər. Bu da mənə ruh yüksəkliyi verirdi. Əlbəttə ki, onların mənə belə müraciət etməsi ilə mən müəllim olmuram, amma insana göstərilən dəyər onu həvəsləndirir. Düşünürsən ki, yox, hələ yaşamağa dəyər. Həyat gözəldir…

– Rəhman bəy, təhsil aldığınız sahə üzrə çalışmağı düşünürsünüzmü?

-Bu yaşdan sonra ixtisasımla bağlı iş təklifi gələcəyinə inanmıram. Amma təklif gəlsə, təbii ki, çalışaram.

– Gənclərə təhsil və həyatla bağlı hansı tövsiyələriniz var?

-Gənclərə tövsiyəm odur ki, valideynlərinin yaratdığı şəraitdən maksimum istifadə etsinlər, dərsə ciddi yanaşsınlar və seçdikləri sahədə mütəxəssis olsunlar. Onlar valideynlərinin zəhmətini puç etməsinlər. Təhsil yalnız şəxsi inkişaf üçün deyil, həm də ölkəmizə faydalı olmaq üçün vacibdir. Biz başqa dövlətlərə baxıb həsəd aparmaq əvəzinə, elə etməliyik ki, onlar bizə baxıb həsəd aparsınlar.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Azərbaycanın Şanlı Zəfəri – Dövlət Suverenliyi Günü qeyd olunur

Cəmiyyət
Dünən, 19:15

Bu günün tarix yazanları - Şimallı şəhidlərimiz

Siyasət
Dünən, 18:01

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

İdman
Dünən, 17:04

Qusarlı idmançı: "Sürücü işləyirəm, amma təslim olmuram"

İqtisadiyyat
Dünən, 16:10

Günəbaxan əkinlərinə dəyən zərərə görə 235 min manat sığorta ödənişi edilib

Cəmiyyət
Dünən, 15:10

Xaçmazın illərdir təmir gözləyən kənd yolları

Cəmiyyət
Dünən, 14:20

Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM

Cəmiyyət
Dünən, 13:10

Qubada məscid dağılmaq üzrədir: təmirə isə icazə verilmir

Cəmiyyət
Dünən, 12:20

Şəkidə selə qarşı hazırlıq başladı

Cəmiyyət
Dünən, 11:23

Bir sutkada qazanılan tarixi Zəfər

Cəmiyyət
Dünən, 10:20

Özbəkistanlı qadın xaçmazlı kişidən şikayətçidir: "TikTok"da tanıdım, hamilə qaldım, pul aldı

Hadisə
Dünən, 09:21

Qax səhəri qəza ilə açdı: 4 nəfər yaralandı

Cəmiyyət
Dünən, 01:03

"Aztelekom"un ağacdələn və sincab macərası – Qubada internet düzəlmir

Hadisə
Dünən, 00:01

Antiterror əməlliyatından 3 il ötür

Siyasət
18 sentyabr 2026, 19:16

Alban-Udi icması Ermənistanın diplomatların Qarabağa səfərinə reaksiyasını pislədi

Cəmiyyət
18 sentyabr 2026, 17:50

Xaçmazda şagirdlərin məktəbə daşınması niyə dövlət hesabına deyil? - RƏSMİ CAVAB

Hadisə
18 sentyabr 2026, 16:50

Qubada avtomobillər toqquşdu: 5 nəfər yaralandı - YENİLƏNİB

Cəmiyyət
18 sentyabr 2026, 15:50

Dirəklər əyilib, naqillər sallanıb: Quba sakinləri həll gözləyir

Cəmiyyət
18 sentyabr 2026, 15:00

"Shimal.News" yazdı, qurum hərəkətə keçdi

Cəmiyyət
18 sentyabr 2026, 14:00

Dağlıq və dağətəyi rayonlarda yağış gözlənilir

Hadisə
18 sentyabr 2026, 13:00

"Şəki yaylası"ndakı faciə: istintaq davam edir

Cəmiyyət
18 sentyabr 2026, 12:10

İsmayıllı rayon prokurorluğunda "Açıq qapı" günü keçirilib

Bütün xəbərlər
18 sentyabr 2026, 11:20

Dövlət Agentliyi Şimalda müddətdən artıq hərbi xidmətə qəbul elan edir

Cəmiyyət
18 sentyabr 2026, 10:30

Qubada yaşı 100-dən çox olduğu iddia edilən çinar kəsilib

Oxşar xəbərlər