top
3 hissəyə bölünmüş kəndin DƏRDİ
24 may 2025, 17:49
- ↺ +

3 hissəyə bölünmüş kəndin DƏRDİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oğuz rayonunun Mollalı kəndindən 3 çay keçir. Bu yaşayış məntəqəsinin sakinləri ildə bir neçə dəfə sel təhlükəsini yaşayır.

Bizim.Media-nın məlumatına görə, Mollalı kəndi su sarıdan elə də çətinliyi yoxdur. Bura nadir kəndlərdəndir ki, solundan Qara çay, ortasından Nazar çayın qolu olan Ağçay, sağından isə Türyançay keçir.

Kənd sakini Səyavuş Bayramovun sözlərinə görə, bu, bir tərəfdən sevindirici olsa da, digər tərəfdən olduqca təhlükəli və qorxuncdur.

Kəndin üç hissəyə bölündüyünü deyən sakin son illər daha çox Türyançayın yaratdığı fəsadlardan əziyyət çəkdiklərini dilə gətirir.

“Ötən il yaz və payız aylarında 2 dəfə kəndin bir hissəsini əsasən də Türyançay istiqamətdə yerləşən evləri, həyət-bacanı sel pis günə qoydu. Çəkdiyimiz əziyyət, bostan-tərəvəz, meyvə ağaclarımız eləcə də toyuq-cücəmiz məhv oldu” deyən Səyavuş Bayramov sel təhlükəsinin aradan qalxmadığını bildirir. Belə ki, çayın sahili boyunca torpaq vallar vurulsa da, güclü sel gələndə hamısını yuyub aparır və kəndə istiqamətlənir.

Kəndin digər bir hissəsində yaşayan sakinlər isə daxildən axan Ağçayla bağlı narahatlıqlarını ifadə edir.

“Ağçay kəndimizin daxilindən keçdiyindən burada da biz sakinlərin bir hissəsi əziyyət çəkirik. Ötən il sel bəndləri yuyub apardı. Az qala nəvəmi də su aparacaqdı”, - deyə fikirlərini bölüşən kənd sakini Azər Bayramov vəziyyətin hər il çətinləşdiyini ifadə edir. Yaxınlıqda dayanan Elçin Məmmədov isə kənd qəbiristanlığını da sel təhlükəsi gözlədiyini, artıq 5-10 metr məsafə qaldığını bildirir.

Sakinlərin sözlərinə görə, ötənilki daşqınlardan sonra rayonun yerli qurumlar çayın üzərində müvəqqəti keçid hazırlayıb. Buradan ancaq piyadalar keçə bilir. Çaya sel gələndə isə maşınlar yollarda qalır ki, bu da onlar üçün xeyli problem yaradır.

Sakinlər sözlərinə onu da əlavə edir ki, əsasən xəstələri olanda Təcili Tibbi Yardım maşınları çayı keçə bilmir, məcburən xəstəni əllərində ya qucaqlarında müvəqqəti keçidlə yolun digər hissəsinə keçirmək məcburiyyətində qalırlar.

Bu isə xəstənin həyatı bahasına başa gəlir.

Rayon su meliorasiya sistemlərinin istismarı idarəsindən sakinlərin narahatlığı ilə bağlı məsələyə münasibət öyrəndik. Bildirildi ki, ötən il kəndin Türyançay hissəsi boyunca əlliyə yaxın ev təsərrüfatını sel basaraq sakinlərə xeyli zərər vurub. Bununla bağlı həmin istiqamətdə iki xətt boyunca torpaq vallar vurulsa da sel güclü olanda qarşısını almaq mümkün olmur. Sakinlərin haqlı narahatlığını nəzərə alan idarə rəhbərliyi sel təhlükəsini aradan qaldırmaq məqsədi ilə layihə hazrlayaraq yuxarı orqanlara təqdim edib. Məsələ hazırda öyrənilir və araşdırma mərhələsindədir.

 

Son xəbərlər

Hadisə
Bu gün, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Bu gün, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Bu gün, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Bu gün, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Bu gün, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Bu gün, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Bu gün, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Bu gün, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Bu gün, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Bu gün, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Bu gün, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Bu gün, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Bu gün, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər