top
25 mayda imtahan verəcək abituriyentlərin nəzərinə
14 may 2025, 17:13
- ↺ +

25 mayda imtahan verəcək abituriyentlərin nəzərinə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

DİM-dən Shimal.News-a bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

Abituriyentlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

İmtahan iştirakçıları “dim.gov.az” saytı ilə yanaşı, “my.gov.az” portalı və ya “mygov” mobil tətbiqi vasitəsilə də Dövlət İmtahan Mərkəzinin “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” xidmətindən istifadə edərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:


  1. a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

  2. b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;


- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeyd edək ki, imtahanlar saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İmtahan qaydaları ilə daha ətraflı “Yaddaş kitabçası”nda tanış olmaq mümkündür.

Qeyd: III ixtisas qrupuna aid DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 1-də keçiriləcək və həmin imtahan üçün “İmtahana buraxılış vərəqəsi” növbəti həftəsonu saytımıza yerləşdiriləcək.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Bu gün, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Bu gün, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Bu gün, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Bu gün, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Bu gün, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Bu gün, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Bu gün, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Bu gün, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Bu gün, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Bu gün, 10:31

Xudatda maşın alışıb yandı

Cəmiyyət
Bu gün, 09:37

Ağsuda Aqrar Biznes Festivalı başlayır

Cəmiyyət
Bu gün, 09:20

Sonuncu İlisu sultanı Daniyal: General rütbəsindən azadlıq mübarizəsinə uzanan yol

Cəmiyyət
Bu gün, 08:42

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Cəmiyyət
Bu gün, 00:01

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

İdman
Dünən, 17:26

Qusarlı kikboksçular Şuşa Kubokunda medal qazanıblar

İqtisadiyyat
Dünən, 17:10

Fermerlərə 1,9 milyon manat aqrar sığorta ödənişi edilib

Cəmiyyət
Dünən, 16:59

Qəbələ RMX-yə yeni direktor təyin olunub

Cəmiyyət
Dünən, 16:59

Bakıxanovun ev-muzeyi unudulub? Tarixi məkanın acınacaqlı vəziyyəti

Cəmiyyət
Dünən, 16:51

Zaqatalalı şəhid qəhrəmanın atasının pensiyası kəsildi - Ailə kömək istəyir

Faydalı
Dünən, 16:24

Ədliyyə Nazirliyi Şəkidə mütəxəssis axtarır

İdman
Dünən, 15:42

II Liqada XI turun oyun cədvəli açıqlanıb – "Şəki" səfərdə oynayacaq

Cəmiyyət
Dünən, 15:15

200 ilin su dəyirmanı fəaliyyətini davam etdirir - FOTO

Cəmiyyət
Dünən, 14:40

Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar gözlənilir

Oxşar xəbərlər