Bələdiyyə seçkilərinin keçiriləcəyi təxmini vaxt açıqlanıb. Bu haqda ShimalNews 8 dekabr tarixində “Report”a istinadən məlumat verir.
Sözügedən qurumlara seçkilərin 2024-cü ilin dekabrında keçirilməsi gözlənilir. Seçki Məcəlləsinin 213-cü maddəsinə (Bələdiyyə seçkilərinin təyin edilməsi) əsasən, bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir. Seçkilərin təyin edilməsi qərarı onun qəbul olunduğu gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.
Azərbaycanda bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Sonuncu seçkilər 23 dekabr 2019-cu ildə keçirilib.