top
10 May - Ulu öndər Heydər Əliyevin doğum günüdür
10 may 2025, 00:01
- +

10 May - Ulu öndər Heydər Əliyevin doğum günüdür

Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü tamam olur.

Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.

O, Naxçıvan Pedaqoji Texnikumunda təhsil alıb, sonra isə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub. İkinci Dünya müharibəsinin başlanmasına görə təhsilinə davam edə bilməyən Heydər Əliyev, 1957-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə qəbul olunub və 1967-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilib. Həmin il ona general-mayor rütbəsi verilib.

1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ildə isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub.

1991-1993-cü illərdə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini kimi çalışan Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri olub və həmin ilin iyunun 24-dən Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993 və 1998-ci illərdə səsvermə nəticələrinə əsasən, Heydər Əliyev Azərbaycanın Prezidenti seçilib. Onun prezidentlik dövrü “Əsrin müqaviləsi”nin imzalanması və Azərbaycanın siyasi, iqtisadi və hərbi böhrandan çıxarılması üçün addımlarla başlayır. Qısa zamanda ölkəmiz inkişaf etməyə başlayır və bu da Azərbaycanın bugünkü uğurlarının təməli olur.

2003-cü ilin prezident seçkilərində Heydər Əliyev namizədliyini sağlamlığında olan problemlərinə görə geri götürüb.

12 dekabr 2003-cü ildə Heydər Əliyev ABŞ-nin Klivlend şəhərində xəstəxanada vəfat edib və 3 gün sonra Bakı şəhərində Fəxri xiyabanda dəfn olunub.

Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr edən ulu öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaradıb və Ümummilli Lider zirvəsinə yüksəlib. Onun yaratdığı dövlət idarəçiliyi məktəbi - müstəqilliyimizi qorumaq, vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.

 

 

 

 

 

Son xəbərlər

Hadisə
Bu gün, 12:00

Qəbələdə narkotikin təsiri altında olan sürücü həbs olundu

Hadisə
Bu gün, 11:03

Qubada torpaq sürüşməsi baş verib – Yolda çatlar yaranıb

Cəmiyyət
Bu gün, 10:08

Xaçmazda bir küçə unudulub: Sakinlər palçıq içində qalıb - VİDEO

Cəmiyyət
Bu gün, 09:12

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

İdman
Dünən, 18:07

Azərbaycan U-20 millisi Qəbələdə toplanışa hazırlaşır

Hadisə
Dünən, 17:50

Girnədəki gəmi qəzası ilə bağlı saxlanılan Şabran sakini ailəsinə zəng etdi

İdman
Dünən, 17:10

"Şamaxı" 700 manat cərimələndi

İdman
Dünən, 16:01

Qusarlı cüdoçu dünya çempionatında bürünc medal qazandı

Cəmiyyət
Dünən, 15:40

Balakəndə yeni Dövlət Peşə Təhsil Mərkəzi tikiləcək

Hadisə
Dünən, 14:56

Ağdaşda tir tüfəngi ilə yaralanan qadın buraxılıb

Cəmiyyət
Dünən, 14:05

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib

Cəmiyyət
Dünən, 13:14

Şimal rayonlarında deputatların oktyabr üzrə vətəndaş qəbulu günləri açıqlanıb

Hadisə
Dünən, 12:24

Ata və oğul yanan avtomobildən xilas edilib

Cəmiyyət
Dünən, 11:32

Qubada "PeşəFest-2026" – Gənclərə peşə seçimi təqdim olunub - VİDEO

Hadisə
Dünən, 11:10

Oğuzda 2 uşaq atası kafedə qəfil öldü

Cəmiyyət
Dünən, 10:30

Bu ərazilərdə yaşayanlar köçürüləcək, kompensasiya veriləcək

Cəmiyyət
Dünən, 09:36

Şəkidən dünya ekranlarına – Turqut İsmayılov Ceki Çanla eyni layihədə

Cəmiyyət
22 sentyabr 2026, 18:04

"PeşəFest" bu dəfə Qubada keçirildi

Kriminal
22 sentyabr 2026, 16:37

Xaçmazda oğurluq edən şəxs saxlanılıb

Hadisə
22 sentyabr 2026, 15:39

Quba-Qonaqkənd yolunda sürüşmə baş verib - VİDEO

Cəmiyyət
22 sentyabr 2026, 15:06

Balakəndə Qafqaz Albaniyasının izləri: 100-dən çox abidə aşkarlanıb

Cəmiyyət
22 sentyabr 2026, 13:41

Kənd təsərrüfatı naziri Şabranda vətəndaşları qəbul edəcək

Cəmiyyət
22 sentyabr 2026, 12:44

Kənd təsərrüfatı texnikaları ilə bağlı xəbərdarlıq

İdman
22 sentyabr 2026, 11:58

Günay Arazova siyəzənli gənclərlə görüşəcək

Oxşar xəbərlər