Xaçmaz rayonunun Niyazabad, Əbilyatağı, İlxıçı və Qarabağlı kəndləri istiqamətində və Qusar rayonunun Çiləgir kəndi istiqamətində qaz xətlərində işlər aparılacaq. Bu barədə ShimalNews 23 may tarixində məlumat verir.
Mayın 24-ü Xaçmazda saat 09:30-dan etibarən, Qusarda isə saat 10:00-dan etibarən işlər yekunlaşanadək mavi yanacaq təminatında fasilə olacaq.
Bu müddət ərzində sakinlərdən qaz təhcizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.