Şəki şəhərinin Aşağı Göynük kəndində yanğın qeydə alınıb.
Shimal.News xəbər verir ki, ümumi sahəsi 24 m² olan konteynerin içərisinə yığılan 3 ton tütünün 700 kiloqramı yanıb.
Əraziyə Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Tütünün qalan hissəsi və yaxınlıqda olan digər konteynerlər yanğından mühafizə olunub.