72 yaşlı qadın klinikada iynə vurulduqdan sonra dünyasını dəyişib.
Shimal.News xəbər verir ki, noyabrın 25-də Sumqayıtda yerləşən 3 saylı ailə sağlamlıq klinikasında Nigar Babaxanova ona vurulan iynənin təsirindən dünyasını dəyişib.
TƏBİB-dən bildirilib ki, xəstəyə həkim təyinatı əsasında “Aktoseril” preparatının inyeksiyası icra edilib.
“İnyeksiya zamanı xəstənin halı pisləşib, qəfil və sürətlə inkişaf edən anafilaktik şok reaksiyası baş verib. Bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq şəxsin bioloji ölüm faktı qeydə alınıb. Qeyd edək ki, prosedur tibbi təyinat və elektron qeydiyyat əsasında, preparatın seriya nömrəsi və yararlılıq müddəti yoxlanıldıqdan sonra sanitariya-gigiyena tələblərinə tam riayət edilməklə sertifikatlı tibb bacısı tərəfindən icra olunub”,- deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, qadının cənazəsi dəfn olunması üçün ailəsi tərəfindən Qusar rayonuna aparılıb.