22-23 noyabr 2025-ci il tarixlərində Bakı şəhərinin Ramana İdman Mərkəzində Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin klublar və filiallararası açıq çempionatı baş tutub. Yarışda ölkənin müxtəlif regionlarını təmsil edən idmançılar qüvvələrini sınayıb.
Shimal.News-un məlumatına görə, Qusar Olimpiya İdman Kompleksinin komandası da çempionatda fəal iştirak edib.
Belə ki, məşqçi-müəllim Elmar Niftəliyevin rəhbərliyi altında yarışda iştirak edən idmançılar yüksək peşəkarlıq nümayiş etdirərək müxtəlif versiyalar üzrə uğurlu nəticələr əldə ediblər.
Nəticələr aşağıdakı kimidir: