Qubanın ictimai həyatının onilliklər boyu yaddaşını formalaşdıran fotoqraf, dəyərli ziyalı Nazim Səlimxanoğlu bu gün 70 yaşını qeyd edir.
Shimal.News xəbər verir ki, Nazim müəllim uzun illərdir Quba Rayon İcra Hakimiyyətində fotoqraf kimi fəaliyyət göstərir. Onun obyektivindən yüzlərlə tədbir, minlərlə insan və bölgənin son illər üzrə tarixi keçir. Çəkdiyi fotolar rəsmi saytlar, qəzetlər, jurnallar və müxtəlif platformalarda geniş yer alıb.
Zərdabi qəsəbəsində yaşayan fotoqraf uzun illər ərzində rayon məktəblərində yüzlərlə sinfin şəklini çəkib. Bu fotolar bu gün minlərlə ailənin evində əziz xatirə kimi qorunur.
Nazim Səlimxanoğlunun ən böyük xoşbəxtliyi isə ailəsidir — nəvələri və nəticələri. Ailəyə bağlılığı, köklərinə sədaqəti və peşəsinə sevgisi onu həm işdə, həm də cəmiyyət arasında sevilən bir simaya çevirib.
70 yaşına baxmayaraq, o, fotoaparatını əlindən qoymur. Nazim müəllim üçün fotoaparat sadəcə iş aləti deyil — dünyaya baxış bucağı, duyğunu və zamanı saxlamağın ən gözəl yoludur.