Şabran şəhərinin İsmət Qayıbov küçəsində içməli su xətlərinin partlaması bir neçə gündür sakinləri narahat edir.
Onlar Shimal.News-a bildiriblər ki, içməli su yola axır və küçə demək olar keçilməz hala düşüb.
Piyadalar və sürücülər hərəkətdə çətinlik çəkirlər. İnsanlar üçün ən böyük təhlükə isə təcili tibbi yardım maşınlarının ünvana gələ bilməməsidir.
Şikayət edən vətəndaşların sözlərinə görə, bu hal ilk dəfə deyil yaşanır. Onlar dəfələrlə aidiyyəti qurumlara – su təchizatı idarəsinə və yerli icra hakimiyyətinə müraciət ediblər. Məsələnin həll oluncağına verilən sözlərə baxmayaraq hələ də nəticə yoxdur.