Qusar rayonunun Avaran və Xürel kəndlərinin sakinlərini bir sıra cətinliklər narahat edir.
Shimal.News xəbər verir ki, vətəndaşlar bu barədə Qusar Rayon İcra Hakimiyyəti başçısının qəbulunda danışıblar.
Avaran kənd sakinləri səyyar qəbul zamanı sənədsiz evlərin elektrik şəbəkəsinə qoşulması, kəndin məktəb yolunun asfaltlanması, subsidiya ödənişlərinin alınmasında köməklik göstərilməsini xahiş ediblər.
Xürel kənd sakinləri isə kəndin ara məhəllələrində SİP-ləşmə işlərinin yekunlaşdırılması, transformatorların dəyişdirilməsi ilə bağlı müraciətlərini səsləndiriblər.