Ağsu rayon Cəlayır kəndində dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.
Unikal.az-ın məlumatına görə, kənd sakini, 14 yaşlı Məhbubə Zəka qızı Əhmədova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
O, Ağsu RMX-nın reanimasiya şöbəsinə yerləşdirilb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.