Şamaxının bir nömrəli problemi su problemidir. Qlobal iqlim dəyişiklikləri və əhalinin sayının və tələbatının artması nəticəsində dünyanın əksər regionlarında içməli və suvarma suyu ilə bağlı problemlər kəskinləşib.
Shimal.News məlumat verir ki, bunu parlamentdə büdcə müzakirələri zamanı deputat Tamam Cəfərova bildirib.
Onun sözlərinə görə, Şamaxıda su təminatı ilə bağlı kifayət qədər işlər görülüb, şəhərin su təchizatı tamamilə həll olunub. Amma bununla yanaşı, Şamaxının 30-a yaxın kəndində su problemləri bu gün də qalmaqdadır. 10 kənddə vəziyyət daha da kritikdir.