Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Xaçmazda vətəndaşları qəbul edəcək.
Shimal.News məlumat verir ki, görüş dekabrın 5-də, saat 10:00-da xidmətin Xaçmaz rayon şöbəsinin inzibati binasında baş tutacaq.
Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən sakinləri 2 dekabr tarixinədək SHXÇDX-nın rayon struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçməlidirlər.