Xaçmaz rayonunun Müşkür kəndində 52 yaşlı qadın faciəvi şəkildə vəfat edib.
Bizim.media-nın məlumatına görə, kənd sakini Gülxanım Gülməmməd qızı Adamova yaşadığı evin hamamında dəm qazından boğularaq vəfat edib.
Hadisə dekabrın 1-i saat 4 radələrində baş verib.
Faktla bağlı araşdırma aparılır.