Bakı-Quba yolunda avtomobil yanaraq kül olub.
Shimal.News-un əldə etdiyi məlumata görə, hadisə Xızı rayonunun ərazisində qeydə alınıb.
"Nissan Teana" markalı minik avtomobili alışaraq tamamilə yararsız vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.