Xaçmaz rayonunun Çarxı, Qaradağbuduğ və Aşağızeyid kəndləri istiqamətində və Qusarın M.Murtuzayev küçəsi istiqamətində qaz xətlərində təmir işləri aparılacaq. Bu barədə ShimalNews 30 may tarixində məlumat verir.
Mayın 31-i Xaçmazda saat 09:30-dan etibarən, Qusarda isə saat 10:00-dan etibarən işlər yekunlaşanadək mavi yanacaq təminatında fasilə olacaq.
Bu müddət ərzində sakinlərdən qaz təhcizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.