Qusarda qaz təchizatının qısamüddətli dayandırılması planlaşdırılıb. Bu haqda ShimalNews 19 avqust tarixində məlumat verir.
Şəhər ərazisində istismarda olan qaz xətləri üzərindəki siyirtmələrin əvəz olunması ilə əlaqədar 20 avqust saat 10:00-dan qaz təchizatında fasilə yaranacaq.
Təmir-bərpa müddətində ümumilikdə 552 abonent qazsız qalacaq.