Qusar şəhərində istismarda olan Yeni yaşayış massivində və Çiləgir-Xuray kəndləri istiqamətində qaz xəttinin kipliyi yoxlanılacaq. Bu barədə ShimalNews 13 iyun tarixində məlumat verir.
İyunun 14-ü saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılıb. Nəticədə 650 abonent qazsız qalacaq.