Qusarın Balaqusar kəndində elektrik naqillərinin təsərrüfatların içindən keçməsi ciddi təhlükə yaradır. Bununla bağlı “ShimalNews”a müraciət edən kənd sakinləri xətlərin ərazidə bitən ağaclara bağlanmasından narahatdırlar.
Naqillərin düzgün şəkildə yerləşdirilməməsi səbəbindən təhlükəsizlik riskləri ilə qarşılaşdıqlarını bildirirlər. Vəziyyət ilə bağlı müvafiq quruma müraciət olunsa da, məsələ öz həllini tapmayıb:
“Qusar “Azərişıq” ASC-nin rəhbərliyinə müraciət etmişik, cavabında bildirilib ki, buna imkanımız yoxdur, hara istəyirsinizsə şikayət edin”.
Vətəndaşlar onu da əlavə ediblər ki, kəndin ərazisində yeni dirəklər və elektrik xətləri mövcuddur.