Bu gün Qusarın qaz təminatında fasilə yaranacaq. Bu haqda ShimalNews 12 iyun tarixində məlumat verir.
Samur-Həzrə kəndləri, həmçinin Zuxur, Yuxarı Tahircal kəndləri istiqamətində qaz xətləri kipliyə sınaq olunacaq. Bu səbəbdən saat 10:00-dan başlayaraq qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu müddət ərzində sakinlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.