Qusar rayonu ərazisində ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxslər cəzalandırılıblar. Bu barədə ShimalNews 3 iyul tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Köhnə Xudat, Gədəzəyxur, Hil və İmamqulukənd kəndlərində sanitariya-gigiyena qaydalarının pozulması halları aşkar edilib. Həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.