Bu gün Qusarın bir sıra kəndlərində qaz təchizatı dayandırılıb. Bu haqda ShimalNews 11 iyun tarixində məlumat verir.
Xaçmaz Regional Qaz İstesmarı İdarəsi bildirib ki, Quxuroba kəndi və Samur qəsəbəsi istiqamətində istismarda olan qaz xətlərinin kipliyə sınağı keçirilir. Nəticədə 1800 abonentin qaz təminatında fasilə yaranıb.