Qusar rayonunun Urva kəndində elektrik transformator ətrafa təhlükə saçır. Bu haqda ShimalNews 20 avqust tarixndə xəbər verir.
Hasarlanmayan transformator yol kənarında yerləşir. Qurğunun metal konstruksiyası yararsız hala düşüb.
“Ətrafda yaşayış evləri var. Uşaqlar həyətdə oynayırlar və topları dəfələrlə transformatora yaxın düşür. Nə qədər desək də, uşaqlar yenə də yaxınlaşırlar. Xahiş edirik, aidiyyəti qurumlar transformatora çəpər çəksinlər,” – deyə sakinlər bildiriblər.