Qusar rayonunun Urva kəndində ətrafa təhlükə saçan transformator çəpərlənib.
“Кусары онлайн” xəbər verib ki, məsələ Qusar Rayon İcra Hakimiyyəti tərəfindən həll edilib.
Qurumdan bildirilib ki, həmin elektrik transformatorunun ətrafı dəmir məhəccərlərlə çəpərlənib və digər lazımi təmir-bərpa işləri aparılıb.
Daha öncə, sakinləri narahat edən transformator haqda məlumat vermişdik.