Qusar meşəbəyliyinin 15 saylı dolayının 79-cu kvartalında tullantıları təmizləmək üçün aksiya təşkil olunub. Bu barədə ShimalNews 12 iyul tarixində məlumat verir.
"Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində 75 nəfərin iştirakı ilə ümumilikdə 3 ha ərazidən 900 kq bərk məişət tullantısı toplanaraq poliqona daşınması təmin olunub.
Aksiyada Qusar rayon İcra Hakimiyyətinin, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin, Qusar rayon Kommunal Müəssisələr Kombinatının, Köhnə Xudat Bələdiyyəsinin və İƏD üzrə nümayəndəliyinin əməkdaşlarının əməyi keçib.