Bu gün "Qusar 2-ci xətt" və "Şahdağ TK(QPS)" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Bu barədə ShimalNews 26 aprel tarixində “Azəriqaz” İB-yə istinadən məlumat verir.
“Qaz İxrac” İdarəsinə məxsus “Şahdağ” QTM qaz kəmərində planlı təmir işləri aparılır. Bu səbəbdən saat 10:00-dan 17:00-dək qaz təminatında fasilə olacaq.