top
Rahid Əmirquliyev: “Qusara böyük futbolu qaytarmaq istəyirik, camaat darıxıb”
06 sentyabr 2023, 14:30
- ↺ +

Rahid Əmirquliyev: “Qusara böyük futbolu qaytarmaq istəyirik, camaat darıxıb”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan yığmasının sabiq futbolçusu, hazırda II Liqada çıxış edən “Şahdağ Qusar”ın kapitanı Rahid Əmirquliyev karyerasında dəyişiklik edib. Bu barədə ShimalNews 6 sentyabr tarixində futbolinfo-ya istinadən məlumat verir.

Rahid II Liqada çempionluq istəyir. Ondan alınan müsahibəni oxuculara təqdim edirik:

– Ötən mövsüm bitəndən sonra karyeranızı bitirdiyinizi açıqladınız. 34 yaşda futbolla vidalaşmaq istəyiniz nə ilə bağlı idi?

– Düzdür, ötən mövsümün sonunda karyeramı başa çatdırmağa qərar verdim. Bəlkə də, 1 il hansısa klubda ola bilərdim, amma oynamağımı deyə bilmərəm. Çünki keçən mövsümün son 6 ayında oynamadım. Çempionatda cəmi 1 matçda meydana çıxmışdım. Ehtiyat oyunçular skamyasında vaxt keçirməkdənsə, fikirləşdim ki, artıq bəsdir. Həm də digər klublardan real təklif yox idi. Bunlara görə davam etməməyi lazım bildim.

– Karyeranızı bitirdikdən sonra bütün fikrinizi məşqçiliyə yönəldəcəyinizi gözlədiyimiz anda məlum oldu ki, II liqada “Şahdağ Qusar”ın formasını geyinəcəksiniz. Fikrinizi dəyişməyə sizi nə və kim vadar etdi?

– Karyeramı bitirdiyimi açıqlayan kimi məşqçiliyə başladım. “Səbail”in aşağı yaş qrupunda məşqçi kimi fəaliyyət göstərirəm, U-19-da köməkçi məşqçiyəm. C kateqoriyam var. Gələcəkdə Allahın izni ilə B kateqoriyasını almağı düşünürəm. Futbolçu karyeramı bərpa etməyə gəlincə, açığı, belə bir fikrim yox idi. “Şahdağ Qusar”ın fəaliyyətini bərpa etdiyindən xəbər tutdum. Bilirsiniz ki, çoxdandır “Şahdağ Qusar”ın fəaliyyəti dayanmışdı, komanda heç bir liqada çıxış etmirdi. Bu klub mənim üçün doğmadır, futbolçu karyerama məhz orada başlamışam. Bu mənada “Şahdağ Qusar”ın fəaliyyətini bərpa etməsi məni çox sevindirdi. Baş məşqçi Bəhram Şahquliyev həmkəndlim və birinci məşqçimdir. Onunla görüşüb danışdıq. Mənə təklif etdi ki, gəl, “Şahdağ Qusar”ın içində ol, yeni komanda yaradırıq. “Şahdağ Qusar” mənə doğma olduğu üçün “yox” deyə bilmədim. Karyerama bu komandada başladığım üçün fikirləşdim ki, futbolu elə “Şahdağ Qusar”da bitirməyim düzgün olar.

– II Liqa start götürdü və ilk turda səfərdə “Ağdaş”la qarşılaşdınız. Oyunun gedişində 2 top fərqilə hesabda geri düşsəniz də, tarazlığı bərpa edə bildiniz. Matç haqda nə deyə bilərsiniz və “Şahdağ Qusar”ın gələcəyini necə görürsünüz?

– İki top buraxsaq da, həvəsdən düşmədik və hesabı bərabərləşdirə bildik. Hətta qələbə qolunu da vurmaq üçün imkanlarımız oldu, ancaq istifadə etməyi bacarmadıq. Meydança amili oyunumuza təsir etdi. Ot örtüyü pis vəziyyətdə idi. O cür meydançalarda futbol oynamaq çox çətindir. Ümumilikdə ilk oyun bizim üçün pis keçmədi. “Şahdağ Qusar” yeni yığılmış komandadır, əksəriyyəti təzə uşaqlardır, amma heyətimizdə köhnə futbolçular da var. Sadəcə, mütəmadi məşq etmədiyimiz üçün hələ bir-birimizi meydanda yaxşı başa düşmürük. Məqsədimiz II liqada çempion olmaq və I liqaya yüksəlməkdir. Bir sözlə, Qusara böyük futbolu qaytarmaq istəyirik, camaat darıxıb. “Şahdağ Qusar”ı yaxın illərdə Premyer Liqada görmək ümidindəyik.

– “Şahdağ Qusar”a nə vaxta qədər kömək etməyi düşünürsünüz?

– Bunu indidən deyə bilmərəm. II liqada “Şahdağ Qusar”a xeyir vermək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Allahın izni ilə çempion olub I liqaya çıxarıq, ondan sonra düşünərəm. Həmin vaxt gücüm olacaqmı, komandaya xeyir verə biləcəyəmmi? Əsas bunlara baxmaq lazımdır. Gücüm olsa, komandaya faydam dəysə, oynamağa davam edəcəyəm. Əksi olsa, futbolçu kimi yox, başqa cür kömək əlimi uzadacağam.

– Maraqlıdır ki, II liqanın yaradılması, I liqaya yeni klubların cəlb olunmasından sonra bir çox bölgələrə futbol qayıtdı. Ancaq vaxtilə oynadığınız Lənkəran şəhərini yeni liqalarda heç bir komanda təmsil etmir. Bu, sizi kədərləndirmir?

– Bayaq da dediyim kimi, komandaların sayının çox olması yaxşı haldır. Bunun sayəsində əksər rayonlara futbol qayıdıb. Bölgələrdə futbola həmişə həvəs olub, azarkeşlər stadionları doldurublar. Çox üzücü haldır ki, Lənkəranı bu liqalarda heç bir klub təmsil etmir. O qədər lənkəranlı azarkeşi futbolsuz qoymaq düzgün deyil. Lənkəran əhli futbolla nəfəs alır. Problemin konkret nədən qaynaqlandığını bilmirəm. Amma Lənkəranda komandanın olmaması məni çox üzür. O azarkeşlər bu vəziyyətə layiq deyillər.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Bu gün, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Bu gün, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Bu gün, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Bu gün, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Cəmiyyət
Bu gün, 13:47

Bayram günləri üçün Bakı-Qəbələ qatarının qrafiki açıqlandı

İdman
Bu gün, 13:14

"Zaqatala" 600 manat cərimələndi

Cəmiyyət
Bu gün, 12:18

Xaçmazda yeni körpünün inşası davam etdirilir

Cəmiyyət
Bu gün, 11:40

Şimal və 6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günü

Hadisə
Bu gün, 11:02

Oğuzda usta iş başında öldü

İdman
Bu gün, 10:11

Xaçmazlı güləşçi Qazaxıstandan qızıl medalla qayıdır

Cəmiyyət
Bu gün, 09:34

Şimala qar yağdı

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:10

Xaçmazda bayram konserti keçiriləcək

Cəmiyyət
Dünən, 17:26

Samur-Yalama Milli Parkının yaranmasından 14 il ötür

İdman
Dünən, 16:51

"Qəbələ" yeni forması ilə meydana çıxacaq

Cəmiyyət
Dünən, 16:43

Prezident şimallı jurnalistləri təltif etdi

İqtisadiyyat
Dünən, 15:41

Qubada sakinlərin müraciətləri əsasında aidiyyəti qurumlara tapşırıqlar verilib

Cəmiyyət
Dünən, 15:37

Qusarda Zəfər Günü ərəfəsində 3800 ağac əkilib

İdman
Dünən, 14:14

Ceyhun Həsənli baş məşqçi təyin edildi

Cəmiyyət
Dünən, 13:41

Tacikistandan Şəkiyə uzanan həyat yolu: 40-dan çox ölkədən turist cəlb edir

İqtisadiyyat
Dünən, 13:00

Əməkhaqqı və məzuniyyət qaydaları dəyişə bilər

Cəmiyyət
Dünən, 12:24

Siyəzəndə kənd sakinləri özləri stadion tikirlər - VIDEO

Hadisə
Dünən, 11:25

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Oxşar xəbərlər