Qusarda yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar nümayış olunub. Bu haqda ShimalNews 22 sentyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən məlumat verir.
Gİİ tərəfindən təşkil olunan tədbir Uşaq-Gənclər İdman-Şahmat məktəbinin güləş zalında keçirilib. Burada məktəbin rəhbərliyi və məşqçi-müəllim Fariz Ağasiyev iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin idmanın bu növünə olan marağının artırılmasıdır.