Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə bu gün saat 13:00 radələrində rayon ərazisində qeydə alınıb.
"Ford Transit" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 50 yaşlı Əli Osmanov aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb.