Zaqatala rayonunda çay kənarında kişi meyiti aşkar edilib.
Hadisə Tala çayı ərazisində qeydə alınıb.
Belə ki, rayonun Dağlı kənd sakini, 62 yaşlı Xanlar Məmməd oğlu Məmmədovun cansız bədəni çay kənarında tapılıb. İlkin məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.