Zaqatala rayonunun Zilban kəndində 60 yaşlı kişinin meyiti tapılıb.
Belə ki, kənd sakini Şaban Aslanovun meyiti yaşadığı evdə aşkarlanıb.
Meyitə baxış zamanı üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib. İlkin məlumata görə, mərhum ürək çatışmazlığından əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Lentaz