top
Zaqatalada 10 gün su olmayacaq
09 iyul 2026, 13:35
- ↺ +

Zaqatalada 10 gün su olmayacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər bölgəyə yağan intensiv və leysan xarakterli yağışlar nəticəsində Zaqatala şəhərinin içməli su təchizatını təmin edən əsas su mənbələrində ciddi fəsadlar yaranıb.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, hazırda şəhərin əsas içməli su mənbələrindən biri olan Zilbançayda suyun bulantılığı normadan dəfələrlə yüksək olduğundan mövcud durulducular suyun tələb olunan keyfiyyətdə təmizlənməsini təmin edə bilmir:

"Bu səbəbdən bulanıq suyun istehlakçılara verilməsinin qarşısını almaq məqsədilə həmin mənbədən anbara suyun qəbulu müvəqqəti dayandırılıb. Şəhərin digər əsas içməli su mənbəyi olan Meşləş-Talaçay istiqamətində isə baş verən güclü sel nəticəsində suqəbuledici qurğular və digər infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Sel suları filtrlərin qapaqlarını sıradan çıxarıb, suqəbuledici quyulara və magistral su xətlərinə iri həcmdə daş, qum dolub.

Hazırda əraziyə giriş mümkün olmadığından həmin mənbədən anbara suyun ötürülməsi tamamilə dayanıb. Mövcud vəziyyətlə əlaqədar Zaqatala şəhərinin içməli su təchizatı müvəqqəti olaraq alternativ qaydada təşkil edilib.

Şəhər sakinlərinə əvvəlcədən hazırlanmış qrafik əsasında xüsusi maşınlar vasitəsilə içməli su çatdırılır. Bu məqsədlə Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin və digər aidiyyəti qurumların xüsusi texnikaları gücləndirilmiş rejimdə fəaliyyət göstərərək, əhalinin içməli su ilə təminatını həyata keçirirlər.

Bununla yanaşı, idarənin əməkdaşları tərəfindən xəstə, ahıl, əlilliyi olan və digər həssas kateqoriyaya aid vətəndaşların yaşayış ünvanlarına içməli suyun birbaşa çatdırılması təmin edilir. Hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir. Əraziyə giriş mümkün olan kimi zədələnmiş suqəbuledici qurğuların və digər infrastrukturun bərpasına dərhal başlanılacaq".

Qeyd edilib ki, Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, şəhərin içməli su təchizatının ən qısa müddətdə tam bərpa olunması üçün bütün zəruri texnika, canlı qüvvə və digər resurslar səfərbər edilib.

Mənbə: Oxu.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
31 oktyabr 2026, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
31 oktyabr 2026, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
31 oktyabr 2026, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
31 oktyabr 2026, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
31 oktyabr 2026, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
31 oktyabr 2026, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
31 oktyabr 2026, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
31 oktyabr 2026, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
31 oktyabr 2026, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
31 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Oxşar xəbərlər