Quba rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində ölüm hadisəsi qeydə alınıb.
Qafqazinfo.az-ın məlumatına görə, mayın 7-si saat 08:00 radələrində Güləzi kəndi ərazisində fəaliyyət göstərən "Xınalıq" restoranında ofisiant işləyən kənd sakini, 1963-cü il təvəllüdlü Zahid İmambala oğlu Seyidbalayev iş zamanı qəfil dünyasını dəyişib.
İlkin ehtimala əsasən, onun infarkt keçirdiyi bildirilir.
Faktla bağlı Quba Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.