Xəbər verdiyimiz kimi, dünən Xaçmaz rayonunun Yalama kəndi ərazisində "VAZ-21010" və "KİA" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı hər iki avtomobilin sürücüləri, Xaçmaz rayon sakinləri - İsrafil Şahbaz oğlu Hidayətov və Orxan Rüfət oğlu Mirzəquliyev hadisə yerində ölüblər.
Əldə etdiyimiz məlumata görə, Orxan Mirzəquliyev yaxın zamanda ata olacaqdı.
Orxan Mirzəquliyevin fotosunu təqdim edirik.