Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Qobuqıraq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News-un məlumatına görə, "VAZ" markalı minik avtomobili 1966-cı il təvəllüdlü Tərlan Məmədovu vurub. O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Qəzanın sürücünün sərxoş vəziyyətdə avtomobil idarə etməsi səbəbindən baş verdiyi iddia olunur.
Faktla bağlı araşdırma başlanılıb.