Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çinartala kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, yolu keçən Tofiq Hacıbala oğlu Almazovu hərəkətdə olan "VAZ-2107" markalı minlik avtomobili vurub.
Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.