Xaçmaz rayonunun Qusarçay kəndində meyit aşkarlanıb.
Kənd sakini Eynar Nəbi oğlu Davıdovun meyiti kənd ərazisində yerləşən aptekin qarşısında tapılıb.
İlkin məlumata əsasən, mərhumun spirtli içki aludəçisi olduğu bildirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: BizimMedia