Xaçmaz rayonunda ölümlə nəticələnən hadisə baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Manafoba kəndində qeydə alınıb.
İlkin məlumata görə, 50 yaşlı Hacıbaba Əli oğlu Mustafayevin meyiti kənd ərazisində yerləşən, özünə məxsus bağ sahəsindəki süni su hövzəsində aşkarlanıb.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.